Xəzər Xəbər

Kiyevdə beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi keçirilir

Dünya | 15:48 • 10 Oktyabr 2017
Kiyevdə beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi keçirilir

Oktyabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərində "Silah və təhlükəsizlik” XIV beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi işə başlayıb.


AZƏRTAC xəbər verir ki, sərgidə Ukraynadan və dünyanın müxtəlif ölkələrindən hərbi şirkətlər öz məhsullarını nümayiş etdirirlər.


Sərgiyə ilk dəfə Pakistan, Türkiyə, Polşa və Çin şirkətləri geniş pavilyonla qatılıblar. Sərginin açılışını Ukraynanın Baş naziri Vladimir Qroysman edib.


Tədbirdə Türkiyənin ASELSAN şirkəti ilə Ukrayna "Ukroboronprom” konserni arasında hərbi rabitə vasitələrinin Ukrayna ordusuna çatdırılması barədə sənəd imzalanıb.


Sərgi çərçivəsində Ukrayna müəssisələri ilə Türkiyə, Polşa və Pakistan arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Xəbər lenti