Xəzər Xəbər

KXDR hakerləri ABŞ və Cənubi Koreyanın birgə hərbi planını oğurlayıblar

Dünya | 15:19 • 10 Oktyabr 2017
KXDR hakerləri ABŞ və Cənubi Koreyanın birgə hərbi planını oğurlayıblar

KXDR hakerləri Cənubi Koreya hərbçilərinin məlumat bazasını sındıraraq Seul və Vaşinqtonun Pxenyana qarşı birgə əməliyyat planına dair sənədləri ələ keçirməyə nail olublar.


AZƏRTAC xəbər verir ki, The Financial Times nəşrinin Cənubi Koreyanın hakim partiyasının nümayəndəsinə istinadla yaydığı məlumata görə, oğurlanmış sənədlər arasında "Operativ plan 5015” adlı plan da var. Seul və Vaşinqton tərəfindən hazırlanmış bu planda müttəfiqlərin KXDR rəhbərliyinin mümkün aradan götürülməsi istiqamətində fəaliyyətini ətraflı təsvir olunur.


The Financial Times, həmçinin qeyd edir ki, mənbənin açıqlamasına əsasən, Şimali Koreya hakerləri məlumatların müdafiəsi mərkəzini hələ ötən ilin sentyabrında sındırıblar. Ümumilikdə 235 giqabayt informasiya oğurlanıb. O vaxt Cənubi Koreyanın hakimiyyət orqanları hücum faktını təsdiqləsələr də, hakerlərin hər hansı mühüm informasiyanı oğurlamağa nail olmadıqlarını bildirmişdilər.

Xəbər lenti