Xəzər Xəbər

Avropa Şurasının baş katibi açıq şəkildə Rusiyanı və Ermənistanı dəstəklədi

Dünya | 15:08 • 10 Oktyabr 2017
Avropa Şurasının baş katibi açıq şəkildə Rusiyanı və Ermənistanı dəstəklədi

Avropa Şurasının baş katibi Turbyorn Yaqland hamını təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, avropalı siyasətçi üçün artıq kimin onun dedikləri və hərəkətləri barədə nə düşünəcəyinin elə bir əhəmiyyəti yoxdur.


Bu gün məlum olduğuna görə, AŞ baş katibi açıq mətnlə Rusiya nümayəndə heyətini AŞPA sessiya zalına qaytarmağa çağırıb. Virtualaz.org UNN agentliyinə istinadən xəbər verir ki, bu barədə özünün "Facebook” səhifəsində Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin sədri Vladimir Aryev yazıb.


"Bu gün bizim AXP (Avropa Xalq Partiyası – red.) qrupuna AŞ baş katibi Turbyorn Yaqland gəldi və açıq şəkildə bildirdi ki, Rusiyanın üzvlük haqqı verməkdən imtina etməsindən sonra təşkilatın iki yolu qalır – öz dəyərlərini qorumaq, yaxud da Avropa Şurasının özünü qorumaq”, - Aryev qeyd edib.


Faktiki olaraq, sualın bu cür qoyuluşu ilə Yaqland göstərib ki, Avropa dəyərləri onun üçün özünü çoxdan yeyib bitirmiş "Avropa Şurası” adlı təşkilatdan daha az əhəmiyyətlidir.


Lakin hələ bu da hamısı deyil. Turbyorn Yaqland elə özünün rəhbərlik etdiyi Avropa Şurasını gözdən salmaqda davam edir. Bu dəfə söhbət Azərbaycandan – baş katibin sevmədiyi və bunu gizlətmədiyi ölkədən gedir.


Məhz bu səbəbdən o, bu yaxınlarda milli azlıqlar və onların ana dilindən istifadə məsələsi üzrə dərc etdirdiyi məqaləsində Azərbaycan barədə heç nə yazmayıb. Əvəzində... Ermənistanı tərifləyib. Fəqət bu elə bir ölkədir ki, orada mili azlıq deyilən bir məfhum yoxdur. Bu monomilli dövlətdir ki, orada hətta rus dilində təhsil barədə söhbətlər belə siyasi böhran yaratmaq iqtidarındadır.


Təəccüblü bir şey yoxdur: Avropa Şurası özü necədirsə, baş katibi də elədir.

Xəbər lenti