Xəzər Xəbər

Leysan yağışları Çində 23 nəfərin həyatına son qoyub

Dünya | 14:41 • 10 Oktyabr 2017
Leysan yağışları Çində 23 nəfərin həyatına son qoyub

Çində bir neçə gündür davam edən leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində 23 nəfər ölüb.


AZƏRTAC Çin Mülki Məsələlər Nazirliyinə istinadla xəbər verir ki, leysan yağışlarına görə Çunçin şəhərində, Anhuy, Xınan, Xubey, Sıçuan və Şansi vilayətlərində 34 min nəfər təxliyə edilib. Bundan başqa, 5200 ev dağılıb, 24 mindən çox binaya zərər dəyib.


Ümumi maddi ziyan 490 milyon dollar dəyərində qiymətləndirilir.

Xəbər lenti