Xəzər Xəbər

Pakistanda avtobus qəzası: 14 ölü, 25 yaralı var

Dünya | 12:44 • 7 Oktyabr 2017
Pakistanda avtobus qəzası:

Pakistanda sərnişin avtobusunun avtomobil-furqonla toqquşması nəticəsində azı 14 nəfər ölüb, 25 nəfər yaralanıb.


AZƏRTAC xəbər verir ki, Geo TV telekanalının xilasetmə xidmətlərinə istinadla yaydığı məlumata görə, hadisə şənbə günü Bəlucistan vilayətinin Mastunq dairəsində baş verib. Avtomobil-furqondakı sərnişinlərin əksəriyyətinin istirahətə yollanan gənclər olduğu bildirilir.


Telekanal hər iki nəqliyyat vasitəsində olan insanların sayı və qəzanın səbəbləri barədə məlumat verməyib.

Xəbər lenti