Xəzər Xəbər

Las-Veqas atıcısı qumar oyunlarından bir neçə milyon dollar qazanıbmış

Dünya | 12:30 • 7 Oktyabr 2017
Las-Veqas atıcısı qumar oyunlarından bir neçə milyon dollar qazanıbmış

Las-Veqasda kütləvi qətl törədən Stiven Peddok 2015-ci ildə milyonlarla dollar udan "uğurlu qumarbaz” idi.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vergi İdarəsinin (IRS) hesabatında deyilir."Stiven Peddok (...) 2015-ci ildə azı 5 milyon dollar qazanıb”, - deyə hesabatda bildirilir. IRS-nin məlumatına görə, "bu gəlirlərin bəzi hissəsi digər investisiyalar hesabına əldə oluna bilsə də, böyük hissəsi qumar oyunlarından qazanılıb”.

Oktyabrın 6-da Las-Veqas polisi başçısının müavini Kevin Makmehill jurnalistlərə müsahibəsində Peddokun törətdiyi cinayətin motivinin və səbəbinin hələ də qaranlıq qaldığını deyib.

Xatırladaq ki, Stiven Peddok ABŞ-ın Las-Veqas şəhərinin mərkəzində açıq havada keçirilən musiqi festivalına toplaşan 20 minlik kütləni "Mandalay Bay Hotel” otel-kazino kompleksinin 32-ci mərtəbəsindən atəşə tutub. Sonradan polis işçiləri onun olduğu otağa yaxınlaşan zaman özünü öldürüb. Hadisə nəticədə 58 nəfər həlak olub, 570 nəfərdən çox insan isə yaralanıb. İnsidentdən sonra otel otağında və Peddokun mənzilində axtarış zamanı 47 ədəd odlu silah aşkarlanıb.

Las-Veqas faciəsi ABŞ-ın müasir tarixinə odlu silahdan istifadə edilməklə törədilən ən böyük və qurbanlarının sayına görə ən qanlı kütləvi qətl kimi daxil olub.

Xəbər lenti