Xəzər Xəbər

Yaponiyada güclü zəlzələ olub

Dünya | 10:17 • 7 Oktyabr 2017
Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şərqində, Fukuşima prefekturası sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.


Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.


Yeraltı təkanlar əsasən, 2011-ci ilin martında atom elektrik stansiyasında qəzanın baş verdiyi Fukuşima prefekturasında qeydə alınıb. Zəlzələ paytaxt Tokioda 2 bal gücündə hiss olunub.


Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri dənizdə, ocağı 50 kilometr dərinlikdə yerləşib.


Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Xəbər lenti