Xəzər Xəbər

Hərbi helikopter qəzaya düşdü: 7 nəfər həlak olub

Dünya | 09:27 • 7 Oktyabr 2017
Hərbi helikopter qəzaya düşdü:

Meksikanın Duranqo ştatında hərbi helikopter qəzaya uğrayıb.

Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, "Bell 412” markalı helikopter təlim uçuşu zamanı yerə çırpılıb.

Qəza nəticəsində 7 nəfər ölüb. Helikopterin göyərtəsində 2 pilot və 6 hərbçi olub. Hərbçilərdən biri dağıntılar altından çıxarılaraq hospitala çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. İnsidentin səbəbləri araşdırılır.

Xəbər lenti