Xəzər Xəbər

Vikinq məzarlığında üzərində Allah və Əli yazıları olan geyim tapıldı – Tarixi kəşf həyəcana səbəb oldu

Dünya | 18:10 • 6 Oktyabr 2017
Vikinq məzarlığında üzərində Allah və Əli yazıları olan geyim tapıldı

İsveçdə 9-cü əsrə aid vikinq məzarlığında üzərində Allah və Əli yazıları olan geyim və parça aşkarlanıb.

Tarixi tapıntı Upsala Universitetinin Qədim Dövr Tarixi və Arxeologiya şöbəsinin tədqiqatçıları tərəfindən Birka şəhərində aşkarlanıb. Yazılar ərəb dilində küfi xətti ilə yazılıb.

Tədqiqatçı Annika Larsson bildirib ki, bu tapıntı vikinqlərin İslam dinindən təsirləndiyini göstərir.

"Diqqət cəlb edən bir kəşf oldu. Vikinqlər ölüləri geyimlər və zinət əşyaları ilə birgə dəfn edirdilər. Məzarlarda üzərində gümüş zolaqlarla Allah və Əli ifadələri yazılmış bəzi ipək geyimlər aşkarladıq. Kəşfimiz həyacana səbəb oldu. Bu ifadələrin işləndiyi geyimlər, adətən, ölülərin baş tərəfinə qoyulurdu. Bu ifadələrlə bəzi yasdıqların da üzərində rast gəldik. Rusiyanın Volqa çayı boyunca Skandinaviya ilə Orta Asiya arasında mədəniyyət əlaqələri var idi. Məzarlardan çıxan bu parçalar ya satın alınıb, ya da qarət nəticəsində əldə edilib. Vikinqlər ölümdən sonra həyatın davam etdiyinə, cənnətdə əbədi həyatın olduğuna inanırdırlar. Bu inanc birbaşa İslam dinindən gəlirdi” – deyə Annika qeyd edib.

Tarixi tapıntılar 2018-ci il 3 fevral tarixinə qədər Enköping Muzeyində sərgilənəcək.

Qeyd edək ki, 2 il əvvəl Byörkö adasında aparılan arxeoloji qazıntı zamanı məzarda üzərində Allah yazılan üzük aşkarlanmışdı./AzNews.az

Xəbər lenti