Xəzər Xəbər

Kataloniyanın ardınca Bavariya da müstəqillik istəyir

Dünya | 17:04 • 6 Oktyabr 2017
Kataloniyanın ardınca Bavariya da müstəqillik istəyir
Almaniyanın ən zəngin vilayətlərindən olan Bavariyada fəaliyyət göstərən "Bavariya" Partiyası katalonlardan təsirlənərək Almaniyadan ayrılmaq üçün fəaliyyətə keçib. Partiyanın rəsmi Facebook səhifəsindən edilən müraciətdə deyilir ki, Bavariyanın azadlığı, Almaniya Federativ Respublikasından ayrılması vilayətin qanuni haqqıdır.

Qeyd edək ki, "Bavariya" Partiyası uzun illərdir ki, vilayətin malik olduğu sərvətin Almaniya ilə bölüşdürülməsinə qarşı çıxır.

"Junge Welt" qəzeti yazır ki, "Bavariya" Partiyası yaxın günlərdə Avropa Ədalət Divanına müraciət edəcək və Bavariya dilinin almandan fərqli bir dil olması barədə ekspert rəyi alacaq.

Ötən il müstəqilliklə bağlı Almaniya Konstitusiya Məhkəməsinə müraciət edilsə də, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması məsələsinin referenduma çıxarılması rədd edilmişdi./faktxəbər

Xəbər lenti