Xəzər Xəbər

Şahzadə Çarlz Somali quldurlarını tərifləyib

Dünya | 16:59 • 6 Oktyabr 2017
Şahzadə Çarlz Somali quldurlarını tərifləyib
Böyük Britaniya taxtının varisi şahzadə Çarlz bildirib ki, Somali quldurlarının Hind okeanı sularında cinayətkar fəaliyyətinin müsbət cəhəti də var. O, əlavə edib ki, məhz bu cinayət şəbəkənin mövcudluğu bölgəyə balıqçıların ovunu dayandırıb və nəticədə balıqların sayının artmasına səbəb olub.

"The Sun" qəzeti yazır ki, 68 yaşlı şahzadə bu mövzuda Maltada okean sularının qorunması üzrə konfransda çıxışı zamanı danışıb.

Ekspertlər şahzadə Çarlzın Somali quldurlarını tərifləməsini sərt tənqid edib və bunu nəzakətsiz çıxış adlandırıb. 2012-ci ildən dəniz quldurları Somali sahil sularında 103 gəmiyə hücum ediblər. Quldurlar 1753 nəfəri girov götürüblər ki, onların da 12-ni qətlə yetiriblər. /faktxəbər

Xəbər lenti