Xəzər Xəbər

Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib

Dünya | 16:24 • 6 Oktyabr 2017
Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib

Rusiyanın Suriyadakı hərbi bazasının "Mi-28” hərbi helikopteri məcburi eniş edib.


"RİA Novosti”  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.


Hadisə Suriyanın Hama əyalətində "Mi-28” helikopteri başqa bir "Mi-28”i müşayiət edərkən baş verib.

Məcburi enişə səbəb kimi helikopterin nasaz olması göstərilib.

Xəbərdə ekipaj üzvlərinin xəsarət almadıqları bildirilib. Onlar axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq aerodroma çatdırılıblar.

Helikopterə baxış keçirilib, atəş izi aşkarlanmayıb.

Xəbər lenti