Xəzər Xəbər

Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

Dünya | 16:13 • 6 Oktyabr 2017
Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

Almaniyada "Xavier” qasırğası nəticəsində 7 nəfər ölüb.

"Report” "Haberturk"ə istinadən xəbər verir ki, Almaniyanın Meteoroloji Xidməti məlumat yayıb.

Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qasırğa Berlin və Brandenburq əyalətlərində daha güclü olub.

Polis Brandenburqda 4, Hamburqda 1, Berlində 1, Mecklenburg-Vorpommerndə 1 nəfər ölüb.

Qasırğanın sürəti saatda 180 km olub. 

Xəbər lenti