Xəzər Xəbər

FED-in dekabrda faizləri artırması ehtimalı 73%-i üstələyib

Dünya | 15:26 • 6 Oktyabr 2017
FED-in dekabrda faizləri artırması ehtimalı 73%-i üstələyib

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini artırma ehtimalı 73,3%-ə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 3 həftə əvvəl əgər bu ehtimal 46,7% təşkil edib.

ABŞ Prezidenti Donald Trampın ötən həftə vergi islahatları ilə bağlı açıqlamaları yerli şirkətlərin daha sürətli iqtisadi artıma və daha çox investisiya etməsinə yol açacağı ilə bağlıartırımı gözləntilərini yüksəldib.

San-Fransisko FED-in rəhbəri Con Uilyams faizləri artırmaq üçün inflyasiyanın artmasını gözləməyə ehtiyacın olmadığını açıqlayıb. Filadelfiya FED-in rəhbəri Patrik Harker isə "CNBC" telekanalına müsahibəsində dekabr ayında faizləri artırmağın tərəfdarı olduğunu açıqlayıb.

Qeyd edək ki, FED-in dekabr ayının 12-13-də keçirəcəyi iclasdauçot dərəcəsi ilə bağlı qərarını açıqlaması gözlənilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti