Xəzər Xəbər

Tayfa liderləri Bərzaniyə qarşı birləşdi BƏYANAT

Dünya | 15:19 • 6 Oktyabr 2017
Tayfa liderləri Bərzaniyə qarşı birləşdi

Tükiyədə yaşayan tayfaların liderləri prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək Şimali İraqda müstəqillik referendumu keçirən Bərzaniyə qarşı birləşib.

Görüşün sonunda mövqelərini bəyan edən tayfa liderləri "Ərdoğanı dəstəkləyirik" deyiblər.

Şərq və Cənub-Şərqi Anadolu bölgələrində yaşayan tayfaların liderləri arasında Van Ertuşi tayfasının lideri İsgəndər Ertuş, Van Kuresunni tayfasının lideri Mustafa Kaçmaz, Şırnak Tatar tayfasının lideri Aslan Tatar, Çırnak Goyan tayfasının lideri Hazim Babat və Mardin Qəhrəmanlar tayfasının lideri Hadi Qəhrəman Prezident Sarayında görüşün nəticələrinə dair mətbuat konfransı keçirib.

Tayfa liderlərinin bəyanatı oxunub və illərdir davam edən terrorun Türkiyəyə vurduğu ziyanın ardından belə bir referendumun keçirilməsinin vəziyyəti gərginləşdirməyə xidmət etdiyi qeyd edilib. /Cebhe.info

Rubrikanın digər xəbərləri

Xəbər lenti