Xəzər Xəbər

"Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin keçiriləcəyinə ümid edir"

Dünya | 14:40 • 6 Oktyabr 2017
"Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin keçiriləcəyinə ümid edir"

Rusiya gələn il Xəzəryanı ölkələrin dövlət başçılarının V Sammitinin keçiriləcəyinə ümid edir.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abduraxmanov ilə görüşdən sonra bildirib.

O deyib: "Növbəti Sammit Qazaxıstanda təşkil olunacaq. Ümir edirik ki, sammit gələn il keçiriləcək. Əlbəttə, hər şey dövlət başçılarının razılaşmasından asılıdır”.

S.Lavrovun sözlərinə görə, qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusuna dair Konvensiyayanın hazırlanması məsələlərini də müzakirə ediblər. "Ümidvarıq ki, hazırlıq işləri tezliklə başa çatacaq”, - deyə Sergey Lavrov bildirib. (AZƏRTAC)

Xəbər lenti