Xəzər Xəbər

İranın xarici işlər naziri İraq Kürdüstanına səfər edib

Dünya | 13:40 • 6 Oktyabr 2017
İranın xarici işlər naziri İraq Kürdüstanına səfər edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın keçmiş Prezidenti Cəlal Təlabaninin dəfn mərasimində iştirak etmək üçün İraq Kürdüstanının Süleymaniyə şəhərinə gedib.

Yerli mətbuatın məlumatına görə, M.C.Zərif Süleymaniyə şəhərinə geniş tərkibli nümayəndə heyəti ilə yola düşüb. Bu isə onu deməyə əsas verir ki, səfər yalnız dəfn mərasimində iştirakla yekunlaşmayacaq.

Ehtimal edilir ki, M.C.Zərif İraq Kürdüstanının rəsmi şəxsləri ilə qeyri-rəsmi görüşlər keçirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin yekunları haqqında məlumat verəcək və Məsud Bərzani administrasiyasını müstəqillik fikrindən daşındırmağa çalışacaq. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti