Xəzər Xəbər

ABŞ-dan Bərzaniyə dəstək: Türkiyə hücum edərsə, səssiz qalmayacağıq

Dünya | 13:28 • 6 Oktyabr 2017
ABŞ-dan Bərzaniyə dəstək:
ABŞ Konqresnin üzvü Stiv Kinq İraqın Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzaniyə dəstək nümayiş etdirib. Belə ki, amerikalı konqresmen bildirib ki, İraq, Türkiyə və İran üçlüyü Kürdüstana hücum edərsə, Vaşinqton bunu sakit qarşılamayacaq.

"Bir Neçə gündür ki, ABŞ dövlət katibi Reks Tillersonla danışırıq. Yaxın günlərdə o, İrak Kürd Regional Rəhbərliyinin müstəqilliyi haqqında bəyanat verəcək. Fikrimcə, Türkiyə və ya Kürdüstanın hər hansı bir qonşusunun əraziyə qarşı hərbi güc istifadə etməsi düşməncəsinə bir davranış olaraq qəbul ediləcək. Bu vəziyyət ABŞ-ın rəftarını dəyişəcək. Bundan başqa, sözügedən embarqolarla azad olmaq istəyən xalqlar cəzalandırıla bilməz. Bu vəziyyət ABŞ-ın dəyərlərinə ziddir. Buna gör, Kürdüstana sözügedən blokada aradan qaldırılmalıdır",-deyə Stiv Kinq kürdlərin "Rudaw" kanalaına müsahibəsində vurğulayıb. /faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti