Xəzər Xəbər

Donald Tramp hərbçilərlə “tufan” anonsu verdi

Dünya | 12:59 • 6 Oktyabr 2017
Donald Tramp hərbçilərlə

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda "tufan qopa biləcəyini” desə də, nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Interfax agentliyi Trampın ABŞ Silahlı Qüvvələrinin rəhbərliyi ilə Ağ evdə baş tutan şam yeməyindən sonra jurnalistlərə dediyi bu cümlələri sitat gətirib: "Bilirsiniz bu nə deməkdir? Ola bilsin ki, bu, tufanqabağı sakitlikdir”.

Şam yeməyinin gedişində ABŞ-ın İranla nüvə sövdələşməsindən mümkün çıxışı və KXDR ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Jurnalistlərin "tufan” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməsi xahişinə cavab olaraq, Prezident "özünüz görəcəksiniz” deməklə kifayətlənib.

Xəbər lenti