Xəzər Xəbər

ABŞ-ın cənubunda fövqəladə vəziyyət elan olundu

Dünya | 12:19 • 6 Oktyabr 2017
ABŞ-ın cənubunda fövqəladə vəziyyət elan olundu

Mərkəzi Amerikada artıq 25 nəfərin ölümünə səbəb olan "Neyt” qasırğasının yaxınlaşması səbəbindən ABŞ-ın Alabama, Luiziana, Florida və Missisipi ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.

Yerli hökumətin tapşırığına əsasən bir sıra sahilyanı rayonlarda insanlara potensial təhlükəli zonalardan uzaqlaşmaq tövsiyə edilib. Fövqəladə vəziyyət rejimi ştatların rəhbərliyinə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün əlavə resurslar, o cümlədən Milli Qvardiyanı cəlb etmək, həmçinin federal hökumətdən kömək istəmək imkan yaradacaq.

ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzinin məlumatına əsasən, hazırda Nikaraqua və Honduras sərhədlərində olan "Neyt” oktyabrın 7-də axşam saatlarında ABŞ sahillərinə çatacaq. Qasırğanın episentrində küləyin sürəti saatda 120 kilometrə çata bilər.

Qeyd edək ki, "Neyt” qasırğası Nikaraqua və Kosta-Rikada 22, Hondurasda isə 3 nəfərin ölümünə səbəb olub.

Xəbər lenti