Xəzər Xəbər

Rus hakerlər ABŞ-ın kiber müdafiə sistemini çökdürüb

Dünya | 11:24 • 6 Oktyabr 2017
Rus hakerlər ABŞ-ın kiber müdafiə sistemini çökdürüb
Rus hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) kiber müdafiə məlumatlarını ələ keçirib. Bu barədə "Wall Street Journal" yazıb.

Nəşrin iddiasına əsasən, Rusiya hökumətinə işləyən haker şəbəkəsi ABŞ-ın xarici kompüter şəbəkələrinə müdaxiləsi və kiber hücumlara qarşı necə müdafiə olunmasına dair məxfi məlumatları Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlamağı bacarıb.

Rusiyalı hakerlər MTA üçün işləyən bir şirkətin "Kaspersky Lab" istifadə etməsindən sonra məxfi məlumatlara yiyələnib. İddia edilən informasiya oğurluğu ABŞ-ın son illərdə üzləşdiyi ən böyük kiber hücum kimi qiymətləndirilir və ölkənin müdafiəsiz vəziyyətdə olmasını göstərir. /faktxəbər

Xəbər lenti