Xəzər Xəbər

Tramp İranla nüvə sazişini ləğv etməyə hazırlaşır

Dünya | 11:10 • 6 Oktyabr 2017
Tramp İranla nüvə sazişini ləğv etməyə hazırlaşır
ABŞ prezidenti Donald Tramp gələn həftə İranla bağlanmış nüvə sazişinin ləğvi barədə bəyanatla çıxış edəcək. Bu barədə "The Washington Post” yazıb.

Nəşrin yazdığına görə, Donald Tramp İranla bağlanmış sazişin Amerikanın milli maraqlarına cavab vermədiyini düşünür. O, həmçinin Yaxın Şərqdə sabitliyin pozulmasında təqsirli bildiyi ölkəyə qarşı mübarizə strategiyasını da açıqlayacaq.

Qeyd edək ki, ötən həftəBMT Baş Assambleyasının iclasında çıxışı zamanı Almaniyanın XİN rəhbəri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini dayandırmaq barədə təhdidlərini sərt şəkildə tənqid edib. Şimali Koreya ilə cari münaqişəni nəzərə çatdıran alman nazir daha sonra deyib: "Əvvəllər bağlanan müqavilələrin sonra pozula biləcəyni görən hansı ölkə nüvə proqramından imtina edər?"

Buna qədər ABŞ-ın dövlət katibiReks Tillerson daİranın Beynəlxalq vasitəçilərlə bağlanan nüvə proqramı barədə razılaşmaya əməl etdiyini bildirmişdi./faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti