Xəzər Xəbər

Rusiyanın əhalisi sürətlə qocalır

Dünya | 11:05 • 6 Oktyabr 2017
Rusiyanın əhalisi sürətlə qocalır
2025-ci ilə qədər Rusiyada pensiyaçıların sayı 40 mln.-a çatacaq.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin əmək və sosial müdafiə naziri Aleksey Vovçenko deyib.

Onun sözlərinə görə, həmin vaxt pensiyaçılar əhalinin 27%-ni təşkil edəcək. Hazırda bu nisbət 24,6%-dir. Başqa sözlə, Rusiyada yaşlı insanların sayı arta-arta gedəcək.

Xatırladaq ki, Rusiya Nazirlər Kabineti Dövlət Dumasına 2018-ci ildə pensiyaların sığorta hissəsinin indeksasiya edilməsi barədə qanun layihəsi təqdim edib.

Xəbər lenti