Xəzər Xəbər

Putin Səudiyyə Ərəbistanına `S-400` raketlərini satmağa razılıq verib

Dünya | 10:55 • 6 Oktyabr 2017
Putin Səudiyyə Ərəbistanına
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Səud Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşdə ölkəsinə "S-400" raketlərinin satılmasına nail olub. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Bildirilir ki, kral Salmanla Vladimir Putin arasında görüşdə "S-400" zenit-raket kompleksinin satılmasını nəzərdə tutan memorandum imzalanıb.

Səudiyyə Ərəbistanı "S-400" RƏM sistemi ilə yanaşı, müdafiə sənayesini inkişaf etdirmək üçün texnologiya də transfer edəcək.

Rusiya və Səudiyyə Ərəbistanı arasında 1 milyard dollarlıq birgə investisiya fondu üçün müqavilə də imzalanıb./faktxəbər

Xəbər lenti