Xəzər Xəbər

Xəstəxanada bir gündə 8 körpə öldü

Dünya | 10:05 • 6 Oktyabr 2017
Xəstəxanada bir gündə 8 körpə öldü

Hindistanın Assam ştatında xəstəxanalardan birində 24 saat ərzində 8 körpə ölüb.

Hadisə Barpeta şəhərində qeydə alınıb.

Xəstəxana rəsmiləri hadisənin təsadüfi olduğunu iddia etsə də, faktla bağlı istintaq başladılıb.

Yerli əhali ölüm hallarına görə xəstəxana rəhbərliyini ittiham ediblər. Xəstəxanada tibbi xidmətin lazımi səviyyədə təşkil olunmaması ölüm hallarına əsas səbəb kimi göstərilir.

Assam ştatı Hindistanda ən çox uşaq ölümlərinin müşahidə olunduğu ikinci ştatdır./AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti