Xəzər Xəbər

Bu ölkələr dünya çempionatına ev sahibliyi etmək istəyir - SİYAHI

Dünya | 16:54 • 5 Oktyabr 2017
Bu ölkələr dünya çempionatına ev sahibliyi etmək istəyir -

Cənubi Amerikanın üç ölkəsi - Argentina, Uruqvay və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək qərarına gəlib.

Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən məlumat verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən mətbuat konfransında çıxış edən hər üç ölkənin başçıları 2030-cu il dünya çempionatına ev sahibliyi etmək məsələsində razılığa gəldiklərini və namizədlik irəli sürəcəklərini bildiriblər.

İlk dəfə 1930-cu ildə keçirilən turnirə ev sahibliyi edən Uruqvay üçün tarixi hadisənin 100-cü ildönümünə təsadüf edən dünya çempionatı xüsusi əhəmiyyət daşıyır.

2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət prosesi ən tez dörd il sonra başlayacaq. 2026-cı il dünya çempionatının ev sahibliyi üçün isə hələlik iki namizədlik irəli sürüb. Onlardan Kanada, Meksika və ABŞ müştərək, Mərakeş isə müstəqil namizəddir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti