Xəzər Xəbər

Rusiya Mərkəzi Bankı kriptovalyutaların leqallaşdırılmasına qarşıdır

Dünya | 16:19 • 5 Oktyabr 2017
Rusiya Mərkəzi Bankı kriptovalyutaların leqallaşdırılmasına qarşıdır

Rusiyanın Mərkəzi Bankı özəl valyutanın bir forması olan kriptovalyutaların leqallaşdırılmasına qarşı çıxır. 


Xezerxeber.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu tənzimləyicinin rəhbəri Elvira Nabiullina bəyan edib.

 

"Biz özəl pullara qarşıyıq. Onların hansı formada olmasından asılı olmayaraq. Kriptovalyutalar özəl rəqəmsal puldur. Biz isə qəti olaraq onların leqallaşdırılmasına qarşı çıxırıq", - deyə E. Nabiullina bildirib.
 

Buna baxmayaraq, baş bankir vurğulayıb ki, Rusiya Mərkəzi Bankı kriptovalyutaların "tənzimlənməsi kifayət qədər çətin olan transsərhəd hadisə" olduğunu anlayır.

 

"Bu gün kriptovalyutaların mayninqi ilə məşğul olanlar anlamalıdırlar ki, bu fəaliyyət ciddi risklə əlaqəlidir", - deyə o bildirib.

Xəbər lenti