Xəzər Xəbər

Bərzani gücünü onlardan alır: Sağında keçmiş nazir, solunda yazar- İLGİNC FOTO

Dünya | 14:31 • 5 Oktyabr 2017
Bərzani gücünü onlardan alır:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

 Ərdoğan Kürd Muxtariyyatının rəhbəri Bərzaniyə mesaj göndərib və "bu işdən çəkilməyi" tövsiyə edib:

"Kürd Müxtariyyatı bu referendumun sərxoşluğundan ayılmayıb. Nə etdiyinin fərqində deyil. Ətrafı az qala mühasirədə olan Şimali İraq rəhbərliyinin nəyə güvənərək belə addım atdığını anlamaq mümkün deyil".

Ərdoğan mətbuatda yayılan bir fotoya diqqəti çəkib: "Fotoya baxın. Bərzaninin sağında keçmiş fransalı nazir Bernard Kuşner, solunda fransalı yazar Bernad Henri-Levi. Hər halda onlardan güc alır. Amma atdıqları addım nəticə deyil".

İranın hələlik mövzu ilə bağlı qərarlı göründüyünü deyən prezident "Biz də, İraq mərkəzi hökuməti də qərarlıdır".

cebhe.info

Xəbər lenti