Xəzər Xəbər

Rus hərbçilərə sosial şəbəkə qadağası

Dünya | 14:20 • 5 Oktyabr 2017
Rus hərbçilərə sosial şəbəkə qadağası
Rusiyanın Müdafiə Nazirliyi müqaviləli hərbi xidmət edənlərə sosial şəbəkələrdə onları ifşa edə biləcək şəkil, video yerləşdirmək və geolokasiya teqləri etməyə qadağa qoymağı planlaşdırır.

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bununla bağlı "Hərbi xidmətçilərin statusu haqqında” qanuna dəyişikliklər planlaşdırılır.

Belə ki, hərbçilərin hansı hərbi birləşmələrə aid olduğunu, hərbi fəaliyyət növünü açıqlayan və onların dislokasiya yerini müəyyən edən istənilən məlumat ekstremist və terrorçular tərəfindən dünyanın müxtəlif yerlərində ölkədaxili və sosial vəziyyəti gərginləşdirmək məqsədilə istifadə oluna bilər.

Rusiyada analoji qadağa artıq hərbçilər və Federal Təhlükəsizlik Xidməti, həmçinin Federal Mühafizə Xidmətinin mülki işçiləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, araşdırmaçılar Donbass və Suriyada döyüşən hərbçiləri sosial şəbəkələrindəki şəkillərindən tanıya biliblər.

Rusiya Müdafiə Nazirliyi isə bu məlumatı inkar edib.

Xəbər lenti