Xəzər Xəbər

Rusiyalı jurnalist Ukraynadan deportasiya edilib

Dünya | 13:55 • 5 Oktyabr 2017
Rusiyalı jurnalist Ukraynadan deportasiya edilib

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın NTV kanalının jurnalisti Vyaçeslav Nemışevi ölkədən çıxarıb.


Xezerxeber.az-ın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Jurnalistin 3 il ərzində Ukraynaya girişi qadağan edilib.

Rusiya Federasiyası İctimai palatası bu məsələyə operativ reaksiya verməsi üçün ATƏT-in media azadlığı üzrə nümayəndəsinə müraciət edib.

Rusiya XİN də bu addımı mediaya təzyiq kimi qiymətləndirib və dünya ictimaiyyətini buna qiymət verməyə çağırıb.

Xəbər lenti