Xəzər Xəbər

Las Veqas qatilinin sevgilisi danışdı: “Mənə böyük miqdarda pul verdi və...”

Dünya | 13:22 • 5 Oktyabr 2017
Las Veqas qatilinin sevgilisi danışdı:

ABŞ-ın Las Veqas şəhərində ölkə tarixinin ən qanlı silahlı hücumunu törədən Stefen Paddokun sevgilisi polisə ifadə verib.

Marilo Danley sevgilisinin belə bir qətliamı gerçəkləşdiricəyinə dair heç bir işarə vermədiyini deyib:

"Stefen Paddoku kübar və səssiz bir adam olaraq bilirdim. Belə qorxunc bir şeyi gerçəkləşdirəcəyinə dair nə bir söz işlədib, nə də bir hərəkət etmişdi”.

M.Danley hadisənin baş verdiyi gün ölkə xaricində olduğunu deyib.

S.Paddok sevgilisinə pul verib və onu Filippin adalarında yaşayan ailəsinin yanına göndərib. M.Danley sevgilisinin ona böyük miqdarda pul verdiyini də qeyd edib:

"Ona minnətdar idim, ancaq mənə qəfildən bu qədər pul verdiyi üçün narahatlıq keçirdim. Bu pulu ailəmə ev almaq üçün verdiyini zənn edirdim. Məni öncə vətənimə göndərməsi və hesabıma böyük məbləğdə pul yatırması məndən ayrılmaq şəkli kimi görünürdü. Kiməsə hücum edəcəyini qətiyyən ağlıma gətirməmişdim”.

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun müdir köməkçisi Andrey Makkabe cinayətkarın hücumu gerçəkləşdirməkdə məqsədinin nə olduğunun hələ də tapılmadığını bildirib. Hücumun səbəbinin müəmma olaraq qalması FTB-ni təəccüb içində qoyub./publika.az

Xəbər lenti