Xəzər Xəbər

Türkiyədə PKK-ya qarşı növbəti əməliyyat keçirilib

Dünya | 13:08 • 5 Oktyabr 2017
Türkiyədə PKK-ya qarşı növbəti əməliyyat keçirilib

Türkiyənin İzmir şəhərində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Xezerxeber.az Türkiyənin CNN telekanalına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 16 nəfər həbs olunub.

PKK üzvləri siyasi toplantılarda "Molotov kokteyli” atdıqları və dövlətə maddi ziyan vurduqları üçün saxlanılıblar. Həbs olunanların evlərində aparılan araşdırma zamanı təşkilata məxsus xeyli sənəd ələ keçirilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xəbər lenti