Xəzər Xəbər

Ərdoğan Ayətullah Xamenei ilə 1 saat qapalı görüş keçirib

Dünya | 10:41 • 5 Oktyabr 2017
Ərdoğan Ayətullah Xamenei ilə 1 saat qapalı görüş keçirib

İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ali lider Seyid Əli Xamneyi ilə 1 saat 10 dəqiqəlik qapalı görüş keçirib.

Ayətullah Xameneyinin mətbuat katibliyi açıqlama yayaraq bildirib ki, görüşdə regional və ölkələrarası məsələlər müzakirə edilib.

Ayətullah Xamenei İraq Kürd Regional Rəhbərliyinin keçirdiyi referendumu regionun gələcəyini təhdid edən xəyanət adlandırıb.

Sözügedən referendumun bölgə xalqı üçün təhdid yaratdığını qeyd edən Xamenei, referendumun İraqın qonşuları üzərində uzunmüddətli təsirləri olacağını söyləyib.

Ali lider qeyri-qanuni referenduma qarşı İran və Türkiyənin əməkdaşlığının əhəmiyyətinə toxunaraq, "İran və Türkiyə bu hadisəyə qarşı mümkün olan hər bir addımı atmalı və İraq hökuməti də bu barədə ciddi qərarlar verməlidir", - deyə bildirib

İran və Türkiyənin İraqın ərazi bütövlüyü məsələsində, siyasi, iqtisadi və strateji sahələrdə əməkdaşlığın əhəmiyyətinə işarə edən Ayətullah Xamenei, "ABŞ və Avropa ölkələrinin məsələyə baxışı, Türkiyə və İranın baxışından tamamilə fərqlidir. ABŞ hər zaman Türkiyə və İrana qarşı əlinə bir təzyiq vasitəsi almaq istəyir. Bu səbəbdən ABŞ-a və Avropalılara heç bir şəkildə etimad etmək olmaz" söyləyib.

Ayətullah Xamneyi Ərdoğana xitabən, "sizin də dediyiniz kimi, son dövrdə bölgəmizdə baş verən hadisələr başda İsrail, sonra da ABŞ-ın xeyrinə olan hadisələrdir. Son dövrdə baş verənləri diqqətli şəkildə araşdıraraq, ciddi və sürətli qərarların birlikdə verilməsi lazımdır", - deyə əlavə edib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanı məsələsində İran, İraq və Türkiyənin birgə və eyni vaxtda addımlar atmasının zəruriliyini vurğulayıb. Türkiyə prezidenti həmçinin İranla iqtisadi əlaqələrin 30 milyard dollar çatdırılmasının vacibliyə toxunub. "Çoxlu işlər varki, bir-birimizlə əməkdaşlıq etməklə yerinə yetirə bilərik”, deyə Ərdoğan bildirib. /faktxəbər

Xəbər lenti

Çox oxunanlar