Xəzər Xəbər

Dərbəndin yeni prezidenti AZƏRBAYCANLI imiş

Dünya | 10:38 • 5 Oktyabr 2017
Dərbəndin yeni prezidenti
Bir neçə gün öncə Dağıstanın prezidenti Ramazan Abdullatipovun istefa verdiyini, onun yerinə isə Vladimir Vasilyevin təyin olunduğu barədə xəbər verdmişdik.

"Budni Kafkaza"nın yaydığı məlumata görə, Vladimir Vasilyevin bu vəzifəyə təyini tam gözlənilməz olub. Belə ki, onun Abdullatipovun yerinə keçəcəyi heç bir ekspertin ağlına gəlməyib. Onlar yeni prezidentin Dağıstanla hansı əlaqəsi olduğunu soruşurlar. Ancaq bunun məsələyə heç bir aidiyatı yoxdur.

Əsas odur ki, o, peşəkar hüquqşünas, vətənsevər, beynəlmiləlçi, klanlardan uzaq biridir. Rus adı və soyadına sahib olmasına baxmayaraq, o, qədim Dərbənddən olan azərbaycanlı Əbdüləlinin oğludur. Müharibə veteranı olan Əbdüləlini bu şəhərdə çoxları tanıyırmış. O, Dərbənddə 5-ci maqalda yaşayırmış.

Hazırda Vasilyevin Dərbənddə elektrik çalışan ögey qardaşı Kamil Hüseynov yaşayır. Vasilyev bir neçə dəfə onun qonağı olub.

Qeyd edək ki, bəzi mənbələrdə onun atasının qazax olduğu bildirilir./faktxəbər

Xəbər lenti