Xəzər Xəbər

Təyyarənin qara qutusu tapıldı

Dünya | 18:29 • 4 Oktyabr 2017
Təyyarənin qara qutusu tapıldı

Almatı şəhəri yaxınlığında qəzaya uğrayan An-28 təyyarəsinin qara qutusu tapılıb. Ekspertiza ilə MDB ölkələrinin Moskvada dövlətlərarası aviasiya komitəsi məşğul olacaq.

Hadisə yerindən təyyarənin bütün parçaları və qırıntıları araşdırılmaq üçün beynəlxalq təşkilatlara göndəriləcək. Araşdırmaların sonunda hadisənin nəticələri açıqlanacaq. Qəza zamanı təyyarənin 2018-ci ilin iyuluna qədər uçuşa yararlılıq sertifikatı olub.

Qeyd edək ki, oktyabrın 3-də Qazaxıstanda radarlardan itən "East Wing” aviaşirkətinə məxsus An-28 təyyarəsi Almatı şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki həlak olan həkimlər Almatı şəhərindən Çimkəndə ağır vəziyyətdə olan qadına tibbi yardım göstərmək üçün yola çıxmışdılar.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti