Xəzər Xəbər

Rusiya rəsmən işğalçı adlandırıldı QANUN LAYİHƏSİ

Dünya | 18:25 • 4 Oktyabr 2017
Rusiya rəsmən işğalçı adlandırıldı

Ukrayna Prezidenti Pyotr Poroşenko "Donbasın reinteqrasiyası” haqqında qanunun qüvvəyə minməsindən sonra Donetsk və Luqansk vilayətlərinin rayonlarında yerli muxtariyyətin xüsusi statusunu uzatmağı təklif edib.

UNİAN agentliyi xəbər verir ki, bu haqda Ali Radaya göndərilən qanun layihəsində deyilir.

Qanun layihəsində Donetsk və Luqansk vilayətlərində Kiyevin nəzarətində olmayan ərazilər üzərində Ukraynanın suverenliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri yer alıb.

Bundan başqa, qanun layihəsinə əsasən, hədəf Kiyevin dövlət siyasəti onun nəzarətində olmayan ərazilərin azad edilməsi və konstitusiya quruluşunun yenilənməsindən ibarətdir. Sənədin layihəsində deyilir ki, bu sahədə siyasət hamının qəbul etdiyi prinsiplərə, beynəlxalq hüquq normalarına və Ukraynanın milli qanunvericiliyinə əsaslanmalıdır.

Sənəddə göstərilir ki, Donetsk və Luqansk vilayətlərində "müvəqqəti işğal” qeyri-qanunidir.

Qanun layihəsində iddia edilir ki, Rusiya Ukraynaya qarşı silahlı təcavüz həyata keçirir. Qanun layihəsinin mətninə əsasən, Rusiya Donbasın işğal edilmiş ərazilərində onun silahlı qüvvələri və başqa hərbi birləşmələrlə işğal hakimiyyəti qurub.

Sənəd parlament rəhbərliyinə təcili müzakirə üçün təqdim olunub.

Ukrayna hakimiyyətinin təşəbbüsünü şərh edən Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Moskva qanun layihəsinin Minsk razılaşmalarına uyğunluğunu araşdıracaq./publika.az

Xəbər lenti