Xəzər Xəbər

Braziliyada tarixin ən nəhəng bank qarətinin qarşısı alınıb

Dünya | 17:11 • 4 Oktyabr 2017
Braziliyada tarixin ən nəhəng bank qarətinin qarşısı alınıb

Braziliyada polis ölkə tarixində ən nəhəng bank qarətini törətməyə cəhd edən cinayətkar qrupu zərərsizləşdirib.

Globo telekanalının yaydığı məlumata görə, cinayətkarlar içərisində 1 milyard Braziliya realının (314 milyon dollar) olduğu bankın hücrəsinə doğru tunel qazıblar.

Tunelin uzunluğu 500 metrdən çox təşkil edib. Qarətçilər bu tunelin inşasına 4 milyon Braziliya realı (1,26 milyon dollar) sərf edib. Sözügedən bu tunel San-Paulu şəhərində pulların saxlanıldığı Banco do Brasil bankının qorunan hücrəsinə doğru aparırmış. Polis nümayəndələrinin verdiyi məlumata görə, qarət uğurla başa çatdığı halda bu tarixin ən nəhəng bank qarəti olacaqdı.

Qarətin təşkilində 16 nəfər iştirak edib. Belə ki, onların hər biri planın reallaşdırılması üçün 63 min dollar verib. Cinayətkarlar San-Paulunun cənubunda ev əldə edib və buradan qazma işlərinə başlayıb. Onlar səsdən yayınmaq üçün bütün işi əl ilə görüblər. İş bir neçə ay ərzində davam etdirilsə də, yerli əhali heç nədən şübhələnməyib.

Qarətçilər işi 5 oktyabr tarixində başa çatdırmağı planlaşdırsa da, polis 2 oktyabrda yeraltı tuneli aşkar edir.

Xəbər lenti