Xəzər Xəbər

Türkiyə İraq Kürdüstanından neft idxalını dayandırsa “qara qızıl”ın qiyməti bahalaşacaq

Dünya | 17:05 • 4 Oktyabr 2017
Türkiyə İraq Kürdüstanından neft idxalını dayandırsa “qara qızıl”ın qiyməti bahalaşacaq

Əgər Türkiyə İraq Kürdüstan Regional Rəhbərliyindən (İKRR) neft idxalını dayandırsa "qara qızıl”ın qiyməti bahalaşacaq.

Bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsində çıxış edib.

Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisində cəmləşib. Hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir. Bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir.

Xəbər lenti