Xəzər Xəbər

Almanlar ölkənin birləşməsinin ildönümünü qeyd edirlər

Dünya | 15:29 • 4 Oktyabr 2017
Almanlar ölkənin birləşməsinin ildönümünü qeyd edirlər

Bu günlərdə Almaniyada Birlik günü qeyd edilir. Ölkənin birləşməsinin 27-ci ildönümü münasibəti ilə təntənəli tədbirlər "Biz birlikdə Almaniyayıq” şüarı altında keçirilir. Əsas tədbir AFR-in qərbindəki Reynland-Pfalts federal əyalətinin paytaxtı Maynsda qeyd olunur. Şənliklərin proqramında xalq gəzintiləri, konsertlər, Federativ Almaniyanın bütün 17 subyektinin qazandığı nailiyyətlərin və kulinariya xüsusiyyətlərinin sərgisi, uşaq şəhərciyi, karusellər, dövlət hakimiyyəti orqanlarının stendləri, Federal Prezidentin çıxışı, axşam isə atəşfəşanlıq nəzərdə tutulur.

Təntənəli şənliklərin təşkilatçılarının və "Biz birlikdə Almaniyayıq” şüarının müəlliflərinin planına görə, Maynsda bayram şənliyi müəyyən mənada ölkənin birliyinin təcəssümü olmalıdır. Lakin müşahidəçilərin çoxunun fikrincə, Almaniyada sentyabrın 24-də keçirilmiş seçkilər göstərdi ki, ölkənin şərqi, yəni keçmiş Almaniya Demokratik Respublikası ilə qərbi arasında uçurum heç vaxt indiki qədər dərin olmayıb. (AZƏRTAC)

Xəbər lenti