Xəzər Xəbər

Rusiyadan gələn oğlunu qarşılamağa çıxan ermənini güllələdilər

Dünya | 15:02 • 4 Oktyabr 2017
Rusiyadan gələn oğlunu qarşılamağa çıxan ermənini güllələdilər

Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib. 

Hadisə bu gecə qeydə alınıb.

Naməlum şəxslər küçədə atəş açıblar. Nəticədə 48 yaşlı Samvel Avaqyan güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlər onu xilas edə bilməyiblər.

Güllələnən şəxs iki dəfə məhkumluq həyatı yaşayıb. Məlumata görə, o Rusiyadan gələn oğlunu qarşılamağa gedirmiş. Lakin oğlu ilə görüşməyə imkan tapmamış güllələnib.

Qətlin sifarişlə və ya təsadüfən törədildiyi bəlli deyil.

Xəbər lenti