Xəzər Xəbər

FTX: İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir

Dünya | 14:58 • 4 Oktyabr 2017
FTX: İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir

İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir.


Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.


"İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Ən-Nusra" terror qruplaşmasının komandanlığının məhv edilməsi barədə məlumat yayıb. (APA)

Xəbər lenti