Xəzər Xəbər

Türkiyə Rusiyadan ət alacaq

Dünya | 14:54 • 4 Oktyabr 2017
Türkiyə Rusiyadan ət alacaq

Türkiyə öz bazarına Rusiya ət məhsullarının idxalına icazə verdiyi şərtləri açıqlayıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç "Qızıl payız" sərgi-forumunun kuluarlarında məlumat verib.

"Türkiyə bazarına ilk növbədə ət məhsulları ilə daxil olmağa çalışırıq. İrəliləyiş var, inspeksiya da aparılıb. Türkiyə tərəfi əlavə suallarını da verib. Biz də cavablandırırıq. Onlar aydın şəkildə bildirirlər ki, Rusiya onların zəruri tələblərini yerinə yetirərsə, idxala icazə verməyə hazırdırlar. Hazırda sübut edirik ki, məhsullarımız onların tələblərinə tam cavab verir", - deyə A.Dvorkoviç qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti