Xəzər Xəbər

İran və Rusiyanın “LUKOIL” şirkəti Xəzər dənizində birgə əməkdaşlıq edəcəklər

Dünya | 14:37 • 4 Oktyabr 2017
İran və Rusiyanın “LUKOIL” şirkəti Xəzər dənizində birgə əməkdaşlıq edəcəklər

İranın Neft Nazirliyi ilə Rusiyanın "LUKOIL” neft şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən tərəflər Xəzər dənizində kəşfiyyat işlərinin aparılmasında və neft hasilatında birgə əməkdaşlıq edəcəklər.

Moskvada Qaz İxrac edən Ölkələr Assambleyasının nazirlərinin illik iclasında iştirak edən İranın neft naziri Bijən Namdar Zəncənə Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Söhbət zamanı Xəzər dənizində neft hasilatı ilə əlaqədar əməkdaşlıq əlaqələri müzakirə edilib.

Görüşün sonunda isə tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. (AZƏRTAC)

Xəbər lenti