Xəzər Xəbər

Selfi çəkdirmək istəyən tələbələri qatar vuraraq öldürüb

Dünya | 13:54 • 4 Oktyabr 2017
Selfi çəkdirmək istəyən tələbələri qatar vuraraq öldürüb

Hindistanın Karnataka ştatında qatar üç tələbəni vuraraq öldürüb.

APA-nın "NDTV”-yə istinadən verdiyi xəbərə görə, relslərin üzərində selfi çəkdirmək istəyən gənclər qatarın altında qalıb.

Ölənlərdən ikisinin kimliyi artıq müəyyən edilib. Onlar Banqalore Milli Kollecinin tələbəsi imişlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti