Xəzər Xəbər

Bağça müəllimi işdən çıxarıldı Qəribə səbəb

Dünya | 13:52 • 4 Oktyabr 2017
Bağça müəllimi işdən çıxarıldı
Britaniyada sevgilisi ilə eyni evdə yaşayan qadın işdən çıxarılıb.

Londonda bağça müəllimi işləyən 24 yaşlı Zelda de Groen iddia edir ki, o, sevgilisi ilə birlikdə yaşadığına görə işdən qovulub. Qadının dediyinə görə, müdiri onu otağına çağırıb və təxminən 4 saat ona ailə qurmadan birlikdə yaşamağın doğru olmadığını söyləyib, sonra isə işdən çıxarıb.

Qadın məsələ ilə bağlı mətbuata müraciət edib və müraciətində insanların şəxsi həyatlarına qarışmağın düzgün olmadığını qeyd edib./milli.az

Xəbər lenti