Xəzər Xəbər

Kataloniyanın polis rəisi məhkəməyə qarşısında

Dünya | 13:45 • 4 Oktyabr 2017
Kataloniyanın polis rəisi məhkəməyə qarşısında

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniya polisinin başçısı Xosep Luis Traperonu qiyama çağırış şübhəsi ilə əlaqədar məhkəməyə çağırılıb.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Trapero Mülki Qvardiyanın Barselona şəhərində Kataloniyanın İqtisadiyyat üzrə Şurasının binasında axtarış apardığı 20-21 sentyabr hadisələri ilə bağlı ifadə verməlidir. Həmin hadisələr zaman binanın qarşısında 40 min nəfərin iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.


Bununla yanaşı, "Kataloniya Milli Assambleyası” və "Omnium Cultural” ictimai milliyyətçi təşkilatlarının başçıları Jordi Sançes və Jordi Kuişar insanları "daimi səfərbərliyə” çağırıblar. Bu səbəbdən Kuişar və Sançes də qiyama çağırış ittihamı ilə məhkəməyə çağırılıb.


Etirazçılar bütün gecə binanın qarşısında dayanaraq Mülki Qvardiyanın əməkdaşlarına koridor təmin etməyə çalışan polisə müqavimət göstəriblər. Nəticədə Mülki Qvardiyanın bir neçə avtomobili yararsız hala düşüb, hüquq mühafizə orqanlarının əməkdaşları isə binanı yalnız səhər tərk edə bilib.


İspaniya qanunlarına görə, qiyama çağırış 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik barədə referendum oktyabrın 1-də baş tutub. Bəzi məntəqələrdə polis və seçicilər arasında toqquşmalar qeydə alınıb. İğtişaşlar nəticəsində hər iki tərəfdən xeyli yaralanan var. İspaniya hökuməti Kataloniya hakimiyyətini yaralananlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edir.

Xəbər lenti