Xəzər Xəbər

Supermarket yaxınlığında insan ayaqları tapılıb

Dünya | 13:18 • 4 Oktyabr 2017
Supermarket yaxınlığında insan ayaqları tapılıb

Moskvanın cənub-qərbində supermarket yaxınlığında polietilen torbaya bükülmüş iki insan ayağı tapılıb.

Bu barədə "RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, kəsilmiş ayaqlar küçədən keçən adamlar tərəfindən aşkar edilib. İlkin ehtimala əsasən, bu, kişi ayaqlarıdır.

Hazırda faktla bağlı araşdırma aparılır. İstintaq ayaqların kimə məxsus olduğunu və hadisənin baş vermə şəraitini araşdırır. Məhkəmə-tibbi ekspertiza təyin olunub.

Xəbər lenti