Xəzər Xəbər

“Terrorçu-hakerlər təbii fəlakətlər törədə bilər” – FTX rəhbərindən sensasion bəyanat

Dünya | 13:12 • 4 Oktyabr 2017
“Terrorçu-hakerlər təbii fəlakətlər törədə bilər”

Beynəlxalq terrorçular tərəfindən yaradılan "kiber birliklər” ola bilsin ki, texnogen qəzalar və ekoloji fəlakətlər törətməyə çalışırlar.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sədri Aleksandr Bortnikov bildirib.

"Əldə olunan məlumatlara görə, terrorçular hakerlərlə əlaqələrini genişləndirir, "kiber birliklər” yaradırlar. Onların kiber hücumlarının səviyyəsi və kəsirliliyi daima artır”, - deyə Borntikov Krasnodar şəhərində xüsusi xidmət orqanları rəhbərlərinin XVI iclasında çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, bu gün terrorçuların dünya birliyinə kiber hücumları ehtimalı daha da real olur. /azvision.az

Xəbər lenti