Xəzər Xəbər

Rusiya alimləri Marsa casus göndərəcək

Dünya | 12:49 • 4 Oktyabr 2017
Rusiya alimləri Marsa casus göndərəcək

Rusiya alimləri planetin səslərini yazmaq üçün Marsa diktofon göndərəcəklər.

Bu haqda Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatları İnstitutunun laboratoriyasının rəhbəri Daniil Rodionov "RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Marsda səslərin yazılması üçün diktofon "ExoMars-2020” missiyasının enmə platformasının meteokompleksinin tərkibinə daxil ediləcək.

"ExoMars-2020” "ExoMars” birgə Rusiya-Avropa missiyasının ikinci mərhələsidir. İkinci mərhələyə Rusiya enmə platforması və Avropanın Marsda gəzən robotu daxil ediləcək. Platformada 11 Rusiya və 2 Avropa cihazı qurulacaq. Aparatların "qırmızı planet”ə təxminən 2021-ci ilin martında enməsi gözlənilir./publika.az

Xəbər lenti