Xəzər Xəbər

İraq Kürd Muxtariyyətində 7 günlük matəm

Dünya | 11:56 • 4 Oktyabr 2017
İraq Kürd Muxtariyyətində 7 günlük matəm

İraq Kürd Muxtariyyətində keçmiş prezident Cəlal Təlabaninin ölümü ilə bağlı 7 günlük matəm elan edilib.

Axar.az xəbər verir ki, bu barədə İKM-nin rəhbəri Məsud Bərzani qərar verib.

"Cəlal Təlabani kimi bir liderin aramızdan getməsi xalqımız üçün böyük itkidir və onun yerini də doldurmaq asan olmayacaq", - Bərzani söyləyib.

Qeyd edək ki, 2005-2014-cü illərdə İraq prezidenti olmuş Cəlal Təlabani bu gün 83 yaşında vəfat edib.

Xəbər lenti